“AZAL təyyarəsi ilə bağlı ən ali səviyyədə bildirilib ki, Azərbaycanın mövqeyi qətiyyətlidir”.
APA xəbər verir ki , bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.
Nazir bildirib ki, gözləntiləri oktyabr ayında Azərbaycan Prezidenti ilə görüşdə Rusiya Prezidenti tərəfindən səsləndirilmiş yanaşmanın özünü təsdiq etməsidir”.