Azərbaycan xalqı Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edir
Azərbaycan xalqı Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edir.BUTA.TV xəbər verir ki, fevralın 26-da səhər saatlarından etibarən "Ana harayı" abidəsini ziyarət edən vətəndaşlar abidə önünə tər qərənfillər düzərək faciə qurbanlarına ehtiramlarını bildirirlər. Ziyarətçilər arasında dövlət və hökumət nümayəndələri, eləcə də ictimai-siyasi xadimlər də var.