AZ

Plastikləri əridib sirkə hazırladılar

ain.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Alimlər günəş işığından istifadə etməklə plastiki sirkənin əsas tərkib hissəsi sayılan asetik turşuya çevirə biliblər. Tədqiqat "Waterloo" Universiteti alimləri tərəfindən aparılıb. Demokrat.az xəbər verir ki, proses zamanı günəş işığı ilə aktivləşən, tək dəmir atomuna əsaslanan xüsusi katalitik sistem tətbiq olunub. Bu üsul yüksək temperatur və təzyiq tələb etmir, plastik zəncirlər molekulyar səviyyədə parçalanır. Nəticədə tullantı sadəcə məhv edilmir, sənayedə istifadə olunan dəyərli kimyəvi maddəyə çevrilir.Alimlər texnologiyanın hazırlanmasında təbiətdə göbələklərin sərt oduncaq strukturlarını parçalama mexanizmindən ilham aldıqlarını bildiriblər. Qurulan fotokataliz sistemi günəş işığı vasitəsilə müxtəlif növ plastikləri əvvəlcə karbon qazına, daha sonra isə asetik turşuya çevirə bilir. Qeyd olunur ki, proses əlavə karbon emissiyası yaratmır.Araşdırmada diqqət çəkən məqamlardan biri də müxtəlif plastik növlərinin qarışıq halda emal edilə bilməsidir. Ənənəvi təkrar emal üsullarında materiallar əvvəlcədən çeşidlənməlidir. Yeni yanaşmada isə PET, polietilen, polipropilen və PVC kimi materiallar eyni sistemdə emal olunur. Sınaqlar göstərib ki, texnologiya laboratoriyadan kənarda, təbii günəş işığında da işləkdir. Alüminium əks etdiricilərdən istifadə edildikdə məhsuldarlıq bir neçə dəfə artır.Hazırda layihə laboratoriya mərhələsindədir. Bununla belə, alimlər hesab edir ki, metod gələcəkdə okeanlardakı plastik çirklənməsinin azaldılması və tullantıların iqtisadi dəyərə çevrilməsi baxımından real imkan yarada bilər.İsmayıl

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
43
demokrat.az

1Mənbələr