525.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Minas-Jerays ştatında bir neçə gündür davam edən leysan yağışlar daşqınlara və torpaq sürüşmələrinə səbəb olub.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, təbii fəlakət artıq, 30 nəfərin həyatına son qoyub.
45 nəfərin itkin düşdüyü bildirilir. 440 nəfər evsiz-eşiksiz qalıb. 3 mindən çox insan isə təhlükəsiz ərazilərə təxliyə olunub.
Juis-di-Fora əyalətində fövqəladə vəziyyət elan edilib. Bura aylıq normadan 2,7 dəfə çox yağıntı düşüb. Məktəblərdə tədris dayandırılıb.
Ştat ərazisində onlarla bina dağılıb. Axtarış-xilasetmə tədbirlərinə hərbçilər də qoşulub.
Yerli mətbuatın yazdığına görə, bu əməliyyatlar zamanı dağıntılar altından 13 nəfər sağ çıxarılıb.
Yeri gəlmişkən, Braziliya höküməti evsiz-eşiksiz qalanlara və evlərini tərk edənlərə hələlik 800 rial həcmində yardım veriləcəyini bildirib.
L.Tağıyeva







Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.