AZ

Britaniya səfiri Gürcüstan XİN-ə çağırıldı

Britaniyanın "İmedi" və "Post" telekanallarına qarşı sanksiyalarının tətbiqi ilə əlaqədar Qaret Uord Gürcüstan Xarici İşlər Nazirliyinə çağırılıb.

"Unikal" xəbər verir ki, bu barədə Xarici işlər naziri Maka Boçorişvili bildirib.

"Böyük Britaniya səfirinin sabah Xarici İşlər Nazirliyinə gələcəyini gözləyirəm. Bu qərara görə izahat tələb edirik", - Boçorişvili "Rustavi 2"yə verdiyi müsahibədə bildirib.

Böyük Britaniya yeni sanksiyalar siyahısını 24 fevralda dərc edib. London iddia edir ki, "İmedi" televiziyası Ukrayna hökumətini "qanunsuz" və "Rusiya dezinformasiya"sı kimi təqdim edən yalan məlumatlar yayıb. "İmedi" sanksiyaları "faydasız" adlandırıb və Gürcüstan xalqının maraqları naminə işləməyə davam edəcəyinə söz verib.

Seçilən
17
33
unikal.az

10Mənbələr