AZ

Zelenskinin müşaviri: Ukrayna və ABŞ prezidentləri arasında telefon danışığı 30 dəqiqə çəkib

Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarı Donald Tramp ilə telefon danışığını başa çatdırıb.,

"Yeni Sabah" xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin kommunikasiya məsələləri üzrə müşaviri Dmitri Litvin bildirib.

"Artıq danışığı başa çatdırıblar", - deyə Litvin çərşənbə axşamı jurnalistlərə açıqlamasında bildirib, lakin söhbətin detallarını açıqlamayıb.

O, danışığın təxminən 30 dəqiqə davam etdiyini qeyd edib.

Daha əvvəl Ukrayna və ABŞ prezidentləri arasındakı telefon danışığı barədə "Axios"un müxbiri Barak Ravid məlumatlı mənbələrə istinadən xəbər vermişdi.


Telegram kanalımız
Seçilən
8
3
yenisabah.az

10Mənbələr