''Beşiktaş''ın qışda heyətinə qatdığı Hyın Qyu O qısa müddətdə sərgilədiyi performans ilə fanatların sevimlilərindən birinə çevrilib.
Cənubi koreyalı forvard ən son ''Göztəpə'' ilə qarşılaşmada qüvvətli zərbə ilə mükəmməl bir qol vurdu. O, ''Beşiktaş'' tarixində meydana çıxdığı ilk 3 matçın hər birində qol vuran birinci futbolçu oldu!
Türkiyə mətbuatının yazdığına inansaq, Hyın Qyu Onun son matçda vurduğu qolda top 122 km/saat sürətlə tora daxil oldu. Bu, Türkiyə çempionatında son 20 ildə ən qüvvətli zərbə ilə vurulan qol oldu. Fanatların məşhur cizgi filmi qəhrəmanı ''Subasa''ya bənzətdiyi futbolçunun qoldan öncə baş məşqçi Sərgən Yalçın ilə dialoqu da diqqət çəkmişdi. Sən demə Yalçın onu əvəzləmək istəyirmiş. Amma 24 yaşlı futbolçu qol vuracağını hiss edərək məşqçisindən onu əvəzləməməyi xaiş edibmiş. Bunu Hyın Qyu O oyunda sonra özü etiraf edib. Bu qol o qədər gözəl alındı ki, onu öz səhifəsində PSJ-də forma geyən digər cənubi koreyalı futbolçu Li Kan İn də paylaşıb.
Bu arada bu futbolçunun sayəsində ''Beşiktaş'' yavaş-yavaş Cənubi Koreyada da populyarlıq qazanmağa başlayıb. Son matçda ''Tüpraş Stadionu''nda bu ölkədən bir çox fanatların yer alması, eləcə də tribunalarda Cənubi Koreya bayraqlarının çoxluğu diqqət çəkmişdi. Bu yöndə daha iki mühüm olay yaşanıb. Artıq ''Beşiktaş''ın oyunları Cənubi Koreyada da yayınlanmağa başlayıb.
Bundan başqa ''Beşiktaş''ın arxasında futbolçunun adının öz dilində yazıldığı formalar satışa buraxılıb. İlk mərhələdə 1000 forma satışa çıxarılıb. Amma tələb çox olduğundan qarşıdakı dönəmdə bu rəqəmin artacağı gözlənilir.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta