AZ

Almaniyada Portnovun qətlə yetirilməsi ilə bağlı şübhəli saxlanılıb

İspaniyanın Milli Polisi Almaniyada keçmiş ukraynalı məmur Andrey Portnovun qətlə yetirilməsi ilə bağlı şübhəli bilinən şəxsin saxlanıldığını açıqlayıb.

Məlumata görə, şübhəli şəxs Haynzberq şəhərində tutulub. İspaniya hüquq-mühafizə orqanları hesab edir ki, saxlanılan şəxs 2025-ci ilin may ayında Portnova qarşı silahlı hücumu həyata keçirib.

Xatırladaq ki, Andrey Portnov Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin administrasiyasında rəhbər müavini vəzifəsində çalışıb. Hadisə ilə bağlı istintaq davam edir, əlavə detalların yaxın vaxtlarda açıqlanacağı bildirilir.

//Samir Qurbanov, Editor.az

Seçilən
17
editor.az

1Mənbələr