AZ

Prezidentin Xocavənd sakinləri ilə SƏMİMİ DİALOQU: “Dadına baxın, təndir çörəyidir”

ain.az, Bizim media saytına istinadən bildirir.

Xəbər verdiyimiz kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva fevralın 25-də Xocavənd şəhərində görülmüş işlərlə tanış olublar.Bizim.Media xəbər verir ki, dövlətimizin başçısı, birinci xanım və qızları Xocavənd şəhər sakinləri ilə görüşüb söhbət ediblər.Qadın sakin: Xoş gəlmisiniz. Nə böyük şərəf.Kişi sakin: Anamdır. İsti çörəyimiz var, təzə.Digər qadın sakin: Xoş gəlmisiniz, Mehriban xanım, bizi şərəfləndirdiniz.Birinci xanım Mehriban Əliyeva: Allah sizə cansağlığı versin.Digər qadın sakin: Allah Sizi də saxlasın. Sizin sayənizdə öz torpaqlarımıza qayıtmışıq, minnətdarıq.Prezident İlham Əliyev: Təbrik edirəm sizi.Digər qadın sakin: Biz də Sizi təbrik edirik, çox sağ olun. Nəvələrim burada böyüyəcək, ən böyük şərəfdir. Xoş gəlmisiniz Siz də.Prezident İlham Əliyev: İşğal dövründə harada yaşamısınız?Kişi sakin: İşğal dövründə Xəzər rayonunun Buzovna qəsəbəsində qaçqınlar üçün salınmış düşərgədə.Prezident İlham Əliyev: Bakıda, Buzovnadakı düşərgədə?Kişi sakin: Bəli.Prezident İlham Əliyev: Sən də orada doğulmuşdun?Kişi sakin: Bəli.Prezident İlham Əliyev: Ev şəraiti necədir?Qadın sakin: Çox gözəl, hər şey yaxşıdır, təşəkkür edirik Sizə.Prezident İlham Əliyev: Siz də dadına baxın, təndir çörəyidir.Qadın sakin: Nuş edin, nuş olsun.Bizim.Media

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
9
2
bizim.media

4Mənbələr