AZ

​Məşhur hakim istefa verdi

Türkiyənin məşhur hakimi Arda Kardeşler məsləyi ilə vidalaşıb. Tanınmış hakim istefa ərizəsini bu gün Türkiyə Futbol Federasiyasına təqdim edib. Metbuat.az xəbər verir ki, 38 yaşlı Kardeşler son 5 ayda heç bir oyuna təyinat almadığı üçün hakimlikdən uzaqlaşmağa qərar verib.Qeyd edək ki, Arda Kardeşler sonuncu dəfə "Trabzonspor" - "Qaziantepspor" qarşılaşmasında mərkəz hakimi funksiyasını yerinə yetirib. Həmin oyunda verdiyi qərarlar futbol ictimaiyyətinin kəskin etirazına səbəb olmuşdu. Bundan sonra Türkiyə Futbol Federasiyasının sədri İbrahim Hacıosmanoğlu Arda Kardeşləri sərt tənqid etmişdi.

Ötən ilin sentyabrından sonra heç bir oyuna təyinat almayan hakimin bunu qüruruna sığışdırmadığı iddia olunur.

Seçilən
2
4
metbuat.az

5Mənbələr