AZ

Azərbaycanda yanvarda restoranlara 200 milyondan çox xərclənib

2026-cı ilin yanvar ayında Azərbaycanda iaşə müəssisələrinin dövriyyəsi 219 milyon 224,8 min manat təşkil edib ki, bu da 2025-ci ilin yanvar ayı ilə müqayisədə real ifadədə 9,6% artım deməkdir.

Ölkə.Az-ın məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsi məlumat verib.

Dövlət sektorunda iaşə müəssisələrinin dövriyyəsi 2 milyon 516,9 min manat (artım 35,3%), özəl sektorda isə iaşə müəssisələrinin dövriyyəsi 216 milyon 707,9 min manat (artım 9,4%) təşkil edib.

Özəl sektorda iaşə dövriyyəsinin 50,3%-i hüquqi şəxslərin, 49,7%-i isə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşüb.

Hüquqi şəxslərin dövriyyəsi 2025-ci ilin yanvar ayı ilə müqayisədə 9,6% artaraq 109 milyon 102,6 min manata, fiziki şəxslərin dövriyyəsi isə 9,2% artaraq 107 milyon 605,3 min manata çatıb.

Seçilən
25
1
olke.az

2Mənbələr