Təbrizin "Traktor" klubu İran Futbol Federasiyasından (FFIRI) FIFA-ya şikayət edib.
Publika.az xəbər verir ki, bu barədə Cənubi Azərbaycan təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Klubun idarə heyəti tərəfindən imzalanan və FIFA-nın baş katibinə ünvanlanan müraciət üç əsas istiqaməti əhatə edir.
Şikayətdə ilk növbədə fors-major prinsiplərinin pozulması, oyunların təhlükəsizliyi və ədalətli idarəetmənin olmaması qeyd edilib.
Ən ciddi bölmə isə "Traktor" klubuna və onun milli üzvü olan futbolçularına qarşı davam edən etnik və irqi ayrı-seçkilikdir. Klub rəhbərliyi federasiyanın bu təhqirlərə qarşı səssiz qaldığını və qərəzli mövqe nümayiş etdirdiyini bildirib.