Azərbaycanın sərbəst güləşçiləri Albaniyanın paytaxtı Tiranada keçirilən "Muhamet Malo" turnirində mübarizəyə start veriblər.
Apasport.az xəbər verir ki, reytinq turnirində təmsilçilərimizdən biri finala, digər ikisi isə üçüncü yer uğrunda görüşə vəsiqə qazanıb.
65 kq çəkidə yarışan Rəşid Babazadə yarımfinala qədər uğurla çıxış edib və finala gedən yolda Azərbaycan əsilli amerikalı dünya çempionu Vitali Orucova qalib gələrək qızıl medal uğrunda görüşdə iştirak etmək hüququ qazanıb.
İslam Bazarqanov (57 kq) və Arseniy Djioyev (86) isə üçüncü yer uğrunda qarşılaşmalarda qüvvələrini sınayacaqlar.
Medallar uğrunda qarşılaşmalar Bakı vaxtı ilə 21:00-da start götürəcək.
Güləşçimiz beynəlxalq turnirdə çempion olub
Güləş üzrə ölkə çempionatı başa çatıb - FOTO
Azərbaycanın qadınlardan ibarət güləş millisi Macarıstanda təlim-məşq toplanışına başlayıb
Azərbaycan çempionatı: Yunan-Roma güləşi üzrə yarışa yekunlaşıb
Ölkə çempionatı: Sərbəst güləş üzrə ilk finalçılar bəlli olub