AZ

Qarabağda köçkünlər evləri özləri tikəcək?

Deputat Razi Nurullayevin məcburi köçkünlərlə bağlı səsləndirdiyi təklif müzakirələrə səbəb olub. O bildirib ki, Qarabağın işğaldan azad edilən ərazilərində məskunlaşacaq köçkünlər evlərini özləri tikməli, dövlət isə əsasən bu proses üçün zəruri şəraiti formalaşdırmalıdır.

Sitat: “Dövlət yol çəksin, su, işıq, qaz, internet, məktəb, xəstəxana yaratsın. Amma evlərin tikintisi mərhələli şəkildə, dövlətin nəzarəti və güzəştli mexanizmləri ilə vətəndaşın özünə verilsin. Köçkün öz evini özü tikəndə o torpağa daha çox bağlanır. Tikə-tikə ora öyrəşir, ətrafı tanıyır, dolanışıq yolu axtarır, qonşuluq münasibətləri formalaşır. Bu, psixoloji və sosial baxımdan da daha sağlam modeldir. Üstəlik, bu yanaşma dövlət büdcəsi üçün də qat-qat ucuz başa gəlir. Vətəndaş öz evini indiki qiymətlərdən iki dəfə daha ucuz məbləğə tikəcək”.

Köçkünlər üçün evi dövlət, yoxsa özləri tikməlidir?

Publika.az xəbər verir ki, bu barədə Globalinfo.az-a deputat Aqil Abbas danışıb. O deyib ki, dövlət Qarabağda tikilən yaşayış məntəqələrini səliqəli, şəhərsalma qaydalarına uyğun şəkildə qurur:

“Müasir, Avropa üslubunda və normal infrastruktura malik yaşayış zonaları yaradılır. Əgər hər kəs gedib istədiyi yerdə, istədiyi formada ev tikərsə, bu, şəhər olmaz, daxmalardan ibarət bir əraziyə çevrilər. Mən də Ağdam azad olunan kimi gedib atamın evini tikmək barədə düşünürdüm. Lakin Prezidentin Ağdamda bizimlə görüşü zamanı gördüm ki, məqsəd tamamilə yeni, müasir şəhər yaratmaqdır. Bundan sonra fikrimdən daşındım. Bu gün videolarda görürük ki, dövlət Kəlbəcəri necə gözəl şəkildə yenidən qurur, Ağdam necə planlı şəkildə tikilir. Əgər orada hər kəs öz bildiyi kimi ev inşa etsə, nəticə necə olar?

Seçilən
12
3
publika.az

4Mənbələr