AZ

İranın keçmiş prezidenti Həsən Ruhaninin adamları Ayətullah Əli Xameneini devirmək istəyiblər?

İranın keçmiş prezidenti Həsən Ruhaninin nümayəndələri Fransanın “Le Figaro” qəzetində Ruhaninin Ayətullah Əli Xameneini siyasi arenadan uzaqlaşdırmaq niyyətində olduğu iddia edilən xəbəri təkzib ediblər.

Siyasətçinin yaxın çevrəsinin nümayəndələri mediada yayılan məlumatları yalan adlandırıblar. Keçmiş prezidentin nümayəndələrinin sözlərinə görə, bu, ABŞ və İsrail tərəfindən təşkil edilən psixoloji təzyiq kampaniyasının bir hissəsidir.
Xatırladaq ki, bir müddət əvvəl “Le Figaro” qəzeti keçmiş prezident Həsən Ruhani ilə əlaqəli bir qrup İran siyasətçisinin Ali Rəhbər Əli Xameneini devirməyə cəhd etdiyini iddia edən bir məqalə dərc edin.

Qəzetin məlumatına görə, çevriliş cəhdi İranda yanvar ayında baş verən iğtişaşlar zamanı baş verib.

//Samir Qurbanov, Editor.az

Seçilən
21
editor.az

1Mənbələr