Bakı. Trend:
Azərbaycan və İslam İnkişafı Bankı (İİB) Qrupu arasındaəməkdaşlığın genişləndirilməsi müzakirə edilib.
Trend bu barədəİqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, iqtisadiyyat nazirinin birinci müavini ElnurƏliyev Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərinə səfəriçərçivəsində İslam İnkişaf Bankı (İİB) Qrupunun Prezidenti MəhəmmədSüleyman Əl-Casirlə görüşüb.
Görüşdə Azərbaycan və İİB Qrupu arasında əməkdaşlığın səmərəlişəkildə inkişaf etdiyi vurğulanıb. İİB-nin dəstəyi ilə ölkəmizinƏrəb Koordinasiya Qrupu ilə əməkdaşlığının daha da dərinləşdiyi vəprioritet infrastruktur layihələri üzrə əlaqələrin gücləndiyidiqqətə çatdırılıb.
Azərbaycanın 16 ildən sonra bu il yenidən İslam İnkişaf BankıQrupunun İllik Toplantısına ev sahibliyi edəcəyi məmnunluqla qeydedilib və bu mötəbər tədbirin ölkəmizin beynəlxalq maliyyəinstitutları ilə tərəfdaşlığının möhkəmlənməsinə əlavə töhfəverəcəyi bildirilib.
Görüşdə ölkəmizin işğaldan azad olunmuş ərazilərində həyatakeçirilən “Qız Qalası su anbarından magistral suvarma kanalınıntikintisi” layihəsi üzrə İİB ilə imzalanmış tərəfdaşlıq sənədininregionun dayanıqlı inkişafı və aqrar potensialınınreallaşdırılmasında əhəmiyyəti qeyd edilib.
Tərəflər enerji, infrastruktur, nəqliyyat, kənd təsərrüfatı, suresurslarının idarə olunması və digər istiqamətlərdə potensiallayihələr və investisiya imkanlarını müzakirə ediblər.
İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev İİB-ninvitse-prezidenti Rami Əhmədlə görüşüb.
Görüşdə İslam İnkişaf Bankı və onun üzv olduğu Ərəb KoordinasiyaQrupunun digər qurumları ilə birgə layihələrin Azərbaycandaiqtisadiyyatın, o cümlədən infrastrukturun inkişafı baxımındanönəmi qeyd edilib, əməkdaşlığın genişləndirilməsi üçün böyükpotensialın olduğu bildirilib. İslam İnkişaf Bankı Qrupunun İllikToplantılarının 2026-cı ildə Bakıda keçirilməsi ilə bağlıgündəlikdə olan məsələlər müzakirə edilib.
İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev SəudiyyəƏrəbistanı Krallığının Ciddə şəhərində İslam İnkişaf Bankı (İİB)Qrupu tərəfindən təşkil olunmuş sərgi ilə tanış olub.
Tədbirdə İİB Qrupuna daxil olan qurumlar tərəfindənmaliyyələşdirilən layihələr və tərəfdaşlıq imkanları təqdim olunub.İqlim maliyyələşdirilməsi, kiçik və orta biznesin dəstəklənməsi,üzv ölkələr arasında ticarət və investisiya əlaqələrininmöhkəmləndirilməsi sahəsində görülən işlər barədə məlumatverilib.
İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev səfərçərçivəsində İİB-nin 50 illiyinə həsr olunmuş sənədli filmin rəsmitəqdimat mərasimində iştirak edib. Sənədli filmdə Bankın tarixi,əsas fəaliyyət prinsipləri və həyata keçirdiyi layihələr vasitəsiləüzv ölkələrin sosial-iqtisadi inkişafındakı rolu əks etdirilib.