BAKI, 25 fevral. TELEQRAF
Ukraynalı uşaqlarının növbəti qrupu reabilitasiya və istirahət məqsədilə Azərbaycana gətirilib.
Tekeqraf xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev sosial media hesabındapaylaşım edib.
Səfirin sözlərinə görə, 2026-cı ilin ilk qrupunda Ukrayna müdafiəçilərinin 26 övladı yer alıb:
“Uşaqlar Bakıda peşəkar qayğı ilə əhatə olunacaq və onlar üçün xüsusi reabilitasiya proqramları təşkil ediləcək”.
Y. Qusev qeyd edib ki, 2022-ci ildən bu günədək ümumilikdə 498 ukraynalı uşaq Azərbaycanda istirahət və bərpa prosesi keçib.
Diplomat göstərilən dəstəyə görə Azərbaycana minnətdarlığını ifadə edib:
"Azərbaycanın nümayiş etdirdiyi həmrəylik və dəstəyə görə dərindən minnətdarıq!".
Xatırladaq ki, Ukraynadan olan uşaqların Azərbaycanda reabilitasiyası proqramı humanitar yardım çərçivəsində mütəmadi olaraq həyata keçirilir.