AZ

“Yuventus”lular üçün sanksiyalar dosyesi

ain.az, Footbal-plus portalına istinadən məlumat yayır.

İtaliya çempionatının 25-ci turunun “İnter” – “Yuventus” matçı ətrafında həyəcan hələ də səngiməyib. Milanlıların 3:2 hesabıyla qalib gəldikləri oyunda və prinsipial dueldən sonra baş verən hadisələrlə bağlı ölçü götürülüb."Football-plus.az" xəbər verir ki, “Yuventus”un baş direktoru Damien Komolli A Seriyasının Nizam- İntizam Komitəsinin (NİK) qərarı ilə martın 31-nə qədər futbol fəaliyyətindən kənarlaşdırılıb. “Reuters” agentliyinin yaydığı xəbərə görə, Turin klubun rəsmisi şənbə günü “İnter”lə keçirilən gərgin oyunda hakimə qarşı nümayiş etdirdiyi davranışlara görə cəzalandırılıb. İntizam Komitəsinin qərarına əsasən, Komolli fasilə zamanı tuneldə matçın hakimi Federiko La Pennaya hədə-qorxu gələn münasibət göstərib. Hətta onun referiyə qarşı fiziki təzyiq göstərmək cəhdinin qarşısı klubun əməkdaşları tərəfindən alınıb. Qeyd edək ki, Komolli diskvalifikasiya ilə yanaşı, 15 min avro məbləğində cərimə də ödəməli olacaq.“Yuventus”un digər rəsmisi Corco Kyellini isə fevralın 27-nə qədər diskvalifikasiya edilib. O, hakimlər briqadasına qarşı hörmətsiz etirazlar və təhqiramiz ifadələr işlətməkdə təqsirli bilinib.Qeyd edək ki, gərginliyə səbəb müdafiəçi Pyer Kalulunun mübahisəli şəkildə meydandan qovulması olub. Alessandro Bastoni ilə mübarizədə rəqibin formasını azacıq da olsa dartdığı əsası ilə ikinci sarı vərəqəni alan Kalulu komandasını meydanda azlıqda qoyub. Lakin təkrar görüntülər zamanı futbolçular arasında heç bir təmasın olmadığı üzə çıxıb. Xatırladaq ki, A Seriyasının Hakimlər Komitəsinin sədri Canluka Rokki qərarın səhv olduğunu etiraf edərək üzr istəyib. O, VAR sisteminin ikinci sarı vərəqə ilə bağlı epizodlara müdaxilə edə bilməməsindən təəssüfləndiyini bildirib.Hakimlər Komitəsi hakimin səhvini etiraf etsə də, Kalulunun cəzası qüvvədə qalıb. Rokki həmin epizodda La Pennanın səhv qərarına görə rəsmən üzr istəsə də, reqlamentə uyğun olaraq hakimin qərarı protokolda qeyd edildiyi üçün ləğv olunmayıb və oyunçuya biroyunluq cəza tətbiq olunub. “Yuventus”un müdafiəçisi fevralın 21-də “Komo” ilə keçiriləcək çempionat matçında komandasına kömək edə bilməyəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
1
icma.az

2Mənbələr