Footbal-plus portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Lionel Messi özünü işə salıb. Ulduz futbolçu hakimlikdən narazılığını kəskin şəkildə bildirib."Football-plus.az" xəbər verir ki, Messinin formasını geydiyi “İnter Mayami” ABŞ çempionatının yeni mövsümünün 1-ci turunda “Los Anceles”ə 0:3 hesabıyla uduzub. Başqa sözlə, Lionel zədəsini sağaldaraq heyətə geri dönsə də, MLS-in yeni mövsümünün açılış matçında komandasının məğlubiyyətinə mane ola bilməyib. Matçdan sonra meydanda gərgin anlar yaşandığını da bildirək. Argentinalı futbolçunun hakimlərin ardınca getməyə cəhd etdiyi və Luis Suaresin onu fikrindən geri döndərməyə çalışdığı anlar sosial şəbəkələrdə əksini tapıb.Yerli jurnalist Franko Panizonun sözlərinə görə, bu hərəkətinə görə Messini ciddi cəza gözləyir. O, 2023-cü ildə oxşar hadisə səbəbindən Matt Miazqanın üç oyunluq cəzalandığını xatırladaraq dünya çempionunun da eyni təhlükə ilə üz-üzə olduğunu bildirib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.