ain.az, Demokrat.az portalına istinadən məlumat verir.
Xəbər verdiyimiz kimi, aparıcı və prodüser Tarix Əliyev (Tolik) Space TV kanalında aparıcı kimi fəaliyyətini dayandırıb.Demokrat.az xəbər verir ki, onun təqdim etdiyi proqram gələn həftənin ilk günündən etibarən yeni aparıcının iştirakı ilə yayımlanacaq.Toliki efirdə Könül Muxtarova əvəz edəcək. Kanal rəhbərliyinin bununla bağlı yaxın günlərdə rəsmi açıqlama verəcəyi gözlənilir. “Tarixin bir günü” verlişinin adı da dəyişiləcək.Məlumata görə, Tarix Əliyevin efirdən uzaqlaşdırılmasına səbəb son vaxtlar sosial şəbəkələrdə işlətdiyi qeyri-etik ifadələr və qalmaqallı çıxışları olub. Xüsusilə müğənni Səidə Sultan ilə yaşadığı açıq qarşıdurma və qarşılıqlı ittihamlar ictimaiyyət arasında geniş rezonans doğurmuşdu. Canlı yayımlarda və sosial platformalarda səsləndirilən fikirlər ciddi müzakirələrə səbəb olmuş, media etikası baxımından birmənalı qarşılanmamışdı. (Aztimes.az)Qeyd edək ki, artıq məsələ ilə bağlı Audiovizual Şura məlumat yayıb. Məlumatda bildirilib ki, hər hansı proqramın bağlanmasını və ya aparıcının efirdən uzaqlaşdırılmasını Audiovizual Şura yerinə yetirə bilməz.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.