AZ

İspanlarla dostlaşmağın gizli yolu açıqlandı

“El Confidencial” nəşrinin yaydığı maraqlı təhlilə görə, İspaniyaya səfər edən xaricilərin diqqətini çəkən ortaq bir xüsusiyyət var: ispanlarla ünsiyyət qurmağın ən asan yol şikayət etməkdir.

“Yeni Sabah” xəbər verir ki, qəzet müxtəlif beynəlxalq səyahət bələdçilərini araşdıraraq belə nəticəyə gəlib ki, bir çox mənbədə ispanlar sakit, bir az kobud və şikayət etməyə meylli insanlar kimi təsvir olunur. Hətta iddia olunur ki, yad insanlarla başlayan söhbətlərin böyük hissəsi məhz narazılıq ifadəsi ilə açılır.

Söhbət başlatmaq üçün “klassik mövzular”

Araşdırmaya görə, ispanlarla tez ünsiyyət qurmaq istəyənlər üçün mövzular hazırdır:

hava necə pisdir, tıxaclar bitmir, nəqliyyat yenə gecikir, yemək soyuyub, içki isə həddindən artıq istidir.

Xüsusilə bar və restoran mühitində bu davranışın daha qabarıq göründüyü qeyd olunur.

“TikTok” bir istifadəçi ispan müştərilər arasında geniş yayılmış, amma xariciləri təəccübləndirən bir davranışdan danışıb: icazə almadan boş masaya əyləşmək.

Onun sözlərinə görə, bəzi müştərilər restoran və kafelərdə masa boşalan kimi, hətta əvvəlki qonaqların əşyaları hələ yığışdırılmamış olsa belə, soruşmadan otururlar. Restoran əməkdaşları isə bunu nəzakətsizlik kimi qiymətləndirmirlər.

Ekspertlər hesab edir ki, bu davranış daha çox rahat ünsiyyət tərzi və gündəlik həyatın spontan ritmi ilə bağlıdır yəni ispanlar üçün bu, sadəcə normal sosial refleksdir.

İspanlarla söhbət etmək istəyənlər üçün nəticə sadədir: bir az narazılıq, bir az səmimiyyət… Və söhbət artıq başlayıb.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Seçilən
12
yenisabah.az

1Mənbələr