AZ

Pezeşkian: Cenevrə danışıqları ilə bağlı yaxşı perspektivlərimiz var

İran Cenevrədə ABŞ ilə İranın nüvə dosyesi üzrə danışıqların yaxşı perspektivləri olduğuna ümid edir.

"Report" İranın dövlət teleradio şirkətinə istinadən xəbər verir ki, bunu ölkə Prezidenti Məsud Pezeşkian deyib.

"Danışıqlarla bağlı yaxşı perspektivlərimiz var və ümid edirik ki, bu proses Abbas Əraqçinin (XİN başçısı - red.) iştirakı ilə sabah Cenevrədə keçiriləcək görüşdə uğurla davam edəcək", - o bildirib.

Prezidentin sözlərinə görə, İran tərəfinin məqsədi ölkəni "nə müharibə, nə sülh" vəziyyətindən çıxarmaqdır.

"Bu şərtlər yerinə yetirilərsə, iqtisadi münasibətlərin sadələşdirilməsi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və məhdudiyyətlərin aradan qaldırılması, eləcə də ölkənin inkişaf yolunda daha sürətlə irəliləməsi mümkün olacaq", - M.Pezeşkian vurğulayıb.

Qeyd edək ki, İranla ABŞ arasında danışıqların növbəti raundu fevralın 26-da Cenevrədə keçiriləcək.

“Cebheinfo.az”

Seçilən
2
4
cebheinfo.az

5Mənbələr