AZ

Bu şəxslərə oruc tutmaq olmaz

ain.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Oruc tutmaq barədə qərar fərdi şəkildə, həkimlə məsləhətləşərək verilməlidir”.

“Cebheinfo.az” xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov qurumun “Instagram” hesabında keçirilən canlı yayım zamanı deyib.

O qeyd edib ki, bəzi xroniki xəstəlikləri olan şəxslər üçün oruc tutmaq sağlamlıq baxımından riskli ola bilər:

“Uzunmüddətli mədə-bağırsaq iltihabından əziyyət çəkən insanlar üçün oruc adətən məsləhət görülmür. Məsələn, xoralı kolit, kron xəstəliyi, xroniki pankreatit, mədə xorası olan şəxslər və ciddi nəzarət olunmayan diabet xəstələri üçün oruc təhlükəli hesab olunur. 

Bundan başqa, səbəbi məlum olmayan uzunmüddətli arterial təzyiq yüksəkliyi olanlar və insult keçirmiş insanlar da risk qrupuna daxildir”. 

Gülər

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
8
1
cebheinfo.az

2Mənbələr