ain.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Müğənni Ofelya Şabanova sosial şəbəkələrdə efir məhdudiyyəti tətbiq edilməsi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirilib.
“Cebheinfo.az” xəbər verir ki, videoaçıqlamada Ofelya Şabanova barəsində səsləndirilən “efir qadağası” iddialarının həqiqəti əks etdirmədiyini deyib.
Müğənni yayılan məlumatları təkzib edib:
“İndicə qarşıma bir xəbər səhifəsi çıxdı, guya xəbər səhifəsidir. Niyə “guya” deyirəm?
Çünki yalan məlumat paylaşıblar. Başlıq qoyublar ki, Ofelya Şabanovaya efir qadağası qoyuldu. Niyə yalan danışırsınız? Niyə camaatın çörəyi ilə oynayırsınız? Allahdan qorxun, özünüzü az söydürün. Mənə efir qadağası qoyulmayıb.
Mən neçə gündür diş-damaq problemi ilə bağlı müalicə alıram. İmplant əməliyyatı olunmuşam. Ona görə də təxminən 10 gün efirə çıxa bilməyəcəyəm. Amma çox böyük layihələrlə qarşınıza gələcəyəm. Belə yalan məlumatları insanlara verməyin, ayıbdır.
Ailə dəyərlərini təbliğ edən, sənəti olan bir müğənniyə qadağa qoyublar? Belə bir şey ola bilməz. Həmişə ailə dəyərlərini təbliğ edəcəyəm və sənətimlə qarşınızda olacağam, inşallah”.
Qeyd edək ki, sosial şəbəkələrdə son günlər bir sıra tanınmış ifaçılar, o cümlədən Kəmalə Günəşli və Ofelya Şabanova barədə efir məhdudiyyəti tətbiq edilməsi ilə bağlı iddialar yayılıb.
Məlumata görə, qərarın sosial şəbəkələrdə və televiziya proqramlarında səsləndirilən bəzi çıxışlarla əlaqədar aparılan müzakirələrdən sonra verildiyi iddia olunur.
Əfsanə Rəcəb
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.