Mia.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Müğənni Səidə Sultan aparıcı Tarix Əliyevlə yaşadığı qalmaqaldan sonra 8 mart günü səhnə alacağı restoranın afişasından adı çıxarılıb.
Mövzu ilə bağlı AZXEBER.COM-a açıqlama verən müğənni Səidə Sultan məsələnin düşünülən kimi olmadığını deyib.
Müğənni bildirib ki, o özü sözügedən məkanda səhnəyə çıxmaqdan özü imtina edib:
"Mən sosial şəbəkə hesabımda video yayımlayaraq o məkana bildirmişdim ki, Vəfa ilə eyni məkanda səhnə almayacağam, ya onu, ya da məni seçməlisiniz. Və sonda bildirmişdim kimi, məkanın seçimi başqaları olarsa, demək o məkan da bayağılığa üstünlük verənlərdən biridir".
Müğənni deyib ki, restoran ondan həmin videonun sosial media hesabından silinməsini istəyib: "Daha sonra məkan tərəfindən mənə zəng gəldi və bildirdilər ki, yayımladığım videonu silim. Mən də razılaşmadım. Çünki mən heç kimi təhqir etməmişəm. Bundan sonra köməkçimə tapşırıq verdim ki, məkandan alınan min manat behi geri qaytarsın. Mən könüllü şəkildə o məkanda çıxış etməkdən imtina etmişəm, heç kəs məni çıxartmayıb."
MİA.AZ
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.