AZ

Ağstafada Şuranın növbəti iclası keçirildi - FOTOLAR

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovun sədrliyi ilə keçirilən iclasda Şuranın üzvləri, aidiyyəti üzrə idarə, müəssisə və təşkilatların məsul şəxsləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

"Unikal" xəbər verir ki, RİH başçısı iclası giriş nitqi ilə açaraq gündəlikdə duran məsələlər haqqında iclas iştirakçılarına ümumi məlumat verib. Başçının müavini – Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Lalə Eyyubova “Ağstafa rayonunda əhalinin sağlamlığının qorunması üzrə dövlət proqramlarını təşkil etmək, vətəndaşların sağlamlığının qorunması hüququnun həyata keçirilməsinə köməklik göstərmək, sağlam həyat tərzinin təbliği üçün tədbirlər görmək işinə dair”, Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsi, Memarlıq-tikinti məsələləri sektorunun böyük məsləhətçisi Elmar Həsənov “Ağstafa rayonu ərazisində tikintisi davam edən tikinti obyektlərinin, çoxmənzilli yaşayış binalarının təmiri, yolların abadlaşdırılması, küçə və meydanların işıqlandırılması işlərinin keyfiyyətinə səlahiyyəti daxilində nəzarət etmək” hesabatlarına dair geniş məruzələrlə çıxış ediblər. 

Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizə və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin Ağstafa rayon Mərkəzinin rəisi Camal Əsgərov, AQTA-nın Qazax-Tovuz Regional Bölməsinin Bitki sağlamlığı və fitosanitar nəzarəti sektorunun müdiri Mətlabə Qasımova, Böyük Kəsik Gömrük postunun rəisi Nofəl Tomayev, Böyük Kəsik Dəmiryolu stansiyasının rəisi Tahir Məmmədov və Ağstafa Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Ramiz İmanov qəhvəyi mərmər bağacığı ilə mübarizəyə dair çıxış edərək bildiriblər ki, beynəlxalq təcrübədə qəhvəyi mərmər bağacığı ilə mübarizədə aldadıcı tələlərdən, süni yaradılmış sığınacaq yerlərindən istifadə xüsusi əhəmiyyət kəsb edir. Bağacıq üçün süni qışlama yerləri əsasən boş karton və ya qəzetlə doldurulmuş adi bir qutudan hazırlanır. Bunun üçün boş qutuya kəsilmiş karton və ya kağız parçaları doldurulur. Hazırlanmış sığınacaqlar evin günəş düşən tərəfində, binaların cənub və qərb tərəflərinə və yaxud çardaqda (damda), bağacığın qışlamaya getdiyi yerlərdə yerləşdirilir və ya 2-3 metr hündürlükdə asılır. Bu cür qutulara yığılan bağacıqlar mexaniki yolla toplanaraq məhv edilməlidir.

Gündəlikdə duran hər bir məsələyə dair geniş müzakirələr aparılıb. Seymur Orucov müzakirə olunan məsələlər istiqamətində aidiyyəti üzrə müvafiq tapşırıq və tövsiyələrini verib. Qeyd olunan məsələlər Şuranın protokoluna daxil edilib. Yekunda görülən işlər və qarşıda duran həlli vacib məsələlərin icrası ilə bağlı qərar qəbul edilib.

Seçilən
3
unikal.az

1Mənbələr