Bizim media saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
ABŞ prezidenti Donald Tramp 2026-cı il Qış Olimpiya Oyunlarının qızıl medalçısı olan hokkey üzrə ABŞ millisini Ağ Evdə qəbul edib.Bizim.Media xəbər verir ki, Oval kabinetdə baş tutan görüşdə heyətdə yer alan 25 xokkeyçidən 20-si iştirak edib.“Hər kəsi tanıdım. Sizin hər birinizi tanıyıram. İri oğlanlardır”, - deyə Tramp bildirib və idmançılarla əl sıxışıb.Görüşə qatılmayanlar arasında qapıçı Ceyk Ettincer (“Dallas”), müdafiəçi Cekson Lakomb (“Anahaym”), hücumçular Ceyk Gentsel (“Tampa”), Kayl Konnor (“Vinnipeq”) və Brok Nelsondur (“Kolorado”).
Məlumata görə, Nelson, Lakomb, Gentsel və Ettincer Minnesota ştatında doğulublar və ya uşaqlıq illərini orada keçiriblər. Tramp administrasiyasının həmin ştatda sərtləşdirdiyi immiqrasiya siyasəti bir sıra faciəvi hadisələrə yol açdığı üçün idmançıların bu addımı etiraz əlaməti kimi qiymətləndirilir.
Görüşdə diqqət çəkən məqamlardan biri də Trampın komandanın ulduz üzvü Metyu Tkaçukun boynundakı qızıl medalı götürərək zarafat etməsi olub:“Bunu geri qaytaracağıma inanmıram. Yəqin ki, hansısa başqa bir şeylə dəyişərəm”.Tkaçuk isə buna cavab olaraq medalın əvəzinə prezidentdən xatirə qələmi istəyib.Xatırladaq ki, daha əvvəl Olimpiya çempionu olan ABŞ-nin qadınlardan ibarət millisi də Trampla görüşdən imtina etmişdi.
Bizim.Media
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.