AZ

Quba Rayon Mərkəzi Xəstəxanasında ilk dəfə oftalmoloji əməliyyat icra edilib

Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Quba, 25 fevral, Elxan Yusifli, AZƏRTAC

Quba Rayon Mərkəzi Xəstəxanasında oftalmoloji əməliyyatların icrasına başlanılıb.

TƏBİB-dən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, tibb müəssisəsində ilk dəfə olaraq 1949-cu il təvəllüdlü (qadın) pasiyent üzərində icra olunan kataraktanın fakoemulsifikasiyası, aspirasiyası və intraokulyar göz bülluru protezinin implantasiyası əməliyyatı həyata keçirilib. İcbari tibbi sığortanın xidmətlər zərfi çərçivəsində icra olunan əməliyyat uğurla başa çatıb.

Fakoemulsifikasiya üsulu minimal invaziv cərrahi metod olub, kiçik kəsik vasitəsilə icra edilir, qısa reabilitasiya müddəti və yüksək klinik effektivliyi ilə seçilir. Cərrahi müdaxilə zamanı bulanıqlaşmış təbii göz bülluru xaric edilərək, onun yerinə yüksəkkeyfiyyətli intraokulyar göz bülluru protezi implantasiya olunub.

TƏBİB-in dəstəyi ilə Quba Rayon Mərkəzi Xəstəxanasında son illər bir sıra tibbi islahatlar həyata keçirilib. Tibb müəssisəsi maddi-texniki imkanların yaxşılaşdırılması, kadr islahatlarının həyata keçirilməsi, keyfiyyətli tibbi xidmətin təşkili və ən əsası vətəndaş məmnunluğunun təmin olunması məqsədilə müasir tibbi avadanlıqlarla təmin olunub, yeni cərrahi əməliyyatlar və prosedurların icrasına başlanılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
1
azertag.az

2Mənbələr