AZ

Muzeydə “Xocalı soyqırımı təsviri sənətdə” adlı mühazirə dinlənilib

Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bakı, 25 fevral, AZƏRTAC

Fevralın 25-də Azərbaycan Milli İncəsənət Muzeyində Xocalı faciəsinin 34-cü ildönümünə həsr olunmuş “Xocalı soyqırımı təsviri sənətdə” adlı mühazirə dinlənilib.

Muzeydən AZƏRTAC-a bildirilib ki, tədbirdə Dövlət Himnin səsləndirilib, ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Muzeyin Sərgi və tərtibat şöbəsinin müdiri, sənətşünas Əsəd Quliyev tərəfindən təqdim olunan mühazirədə Xocalı soyqırımının Azərbaycan təsviri sənətində əks olunmasından, mövzuya fərqli bədii yanaşmalardan geniş danışılıb. Qeyd olunub ki, muzeyin kolleksiyasında qorunan çoxsaylı rəngkarlıq və qrafika nümunələri tarixi faciənin bədii salnaməsi kimi xüsusi əhəmiyyət daşıyır.

Tədbirdə Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Yasamal rayon təşkilatının sədri, ehtiyatda olan polkovnik Bəhram Şeydayev çıxış edərək Xocalı həqiqətlərinin təbliğinin vacibliyini vurğulayıb, faciə qurbanlarının xatirəsinin yaşadılmasının hər bir vətəndaşın mənəvi borcu olduğunu bildirib.

Mühazirə iştirakçılar tərəfindən maraqla qarşılanıb, Xocalı soyqırımının təsviri sənətdə əksinin tarixi yaddaşın formalaşmasında mühüm rol oynadığı xüsusi qeyd olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
2
azertag.az

3Mənbələr