AZ

TƏBİB ölən qızla bağlı açıqlama yaydı

Cəlilabadda dəqiqləşdirilməmiş pnevmoniya diaqnozu qoyulmuş gənc qız vəfat edib. "Report"un Muğan bürosunun sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki, rayonun Sabirabad kənd sakini bu gün Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib. Belə ki, 2023-cü il dekabrın 30-da rayonun Sabirabad kənd sakini 31.10.2002-ci il təvəllüdlü (cinsi qadın) vətəndaş Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə ağır vəziyyətdə hospitalizasiya olunub. Ona dəqiqləşdirilməmiş pnevmoniya diaqnozu qoyulub. Pasiyentə zəruri tibbi yardım göstərilsə də, həkimlərin səylərinə baxmayaraq yanvarın 4-də saat 10:30 radələrində vəfat edib. Bundan əvvəl onun qızılca xəstəliyindən dünyasını dəyişdiyi bildirilirdi.
Seçilən
567
50
oxu24.com

10Mənbələr