Xəbər verdiyimiz kimi, Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib. İclas zamanı zalda sükutun hökm sürməsi və tədbirdə aralarında alimlərin yer aldığı bəzi iştirakçıların mürgülədiyi müşahidə olunub. Səbəb olaraq müzakirələrin maraqsız və sönük keçdiyi bildirilir.
KONKRET.az xəbər verir ki, pravda.az-a açıqlama verən Filologiya üzrə elmlər doktoru, professor Qəzənfər Paşayev bildirib ki, iclasda mürgüləməyib, gözünə işıq düşüb: “Yaşlı adamam, işığa baxa bilmirəm. Hətta Zəlimxan Yaquba veriliş həsr edilmişdi. Orada veriliş bitəndən sonra baxdım, dedim, İlahi, mən bir də televiziyaya çıxmayacam. Çünki gözüm qıyıq düşür. Yatmaq nədir? İclasda akademik Yaqub Mahmudov gördüyüm işlərdən danışıb. İndi kim çəkib, nədir, mən bilmirəm… Həmin görüntüləri görməmişəm. Telefonum köhnədir, belə şeylərə açıb baxa bilmirəm”.
