AZ

Hibrid avtomobillərin idxalı artıb: Səbəb nədir?

Ötən il Azərbaycan 1 milyard 428,23 milyon ABŞ dolları dəyərində 73 678 ədəd hibrid avtomobil (daxili yanma mühərriki ilə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri) idxal edib.

Dövlət Statistika Komitəsinin məlumatları əsasında aparılan hesablamalara görə, bu, 2024-cü ilin göstəriciləri ilə müqayisədə dəyər ifadəsində 2 dəfə, kəmiyyət olaraq – 2,8 dəfə çoxdur.

Maraqlıdır, hibrid avtomobillərin idxalının artması maşın bazarına necə təsir edəcək?

Bununla bağlı nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov“Cebheinfo.az”-a açıqlamasında bildirib ki, Azərbaycana əvvəllər daha çox idxal olunan maşınllar Rusiya istehsalı olan avtomobillər idi:

“Rusiya iqtisadiyyatına tətbiq olunan sanksiyalardan sonra Rusiyanın minik avtomobili sənayesi çökdü və bu yeri Çin avtomobil sənayesi tutdu. Əvvəllər ölkədə Rusiya istehsalı olan avtomobilə marağın daha yüksək olmasının səbəbi maşınların qiymətlərinin daha münasib olması idi.

Hazırda Çin istehsalı avtomobillərin qiyməti daha münasib olduğu üçün bu avtomobillərə diqqət daha çoxdur. Həmçinin, ölkəyə idxal olunan hibrid avtomobillər daha çoxdur, ölkəmizdə 4 il müddətinə hibrid avtomobillər əlavə dəyə vergisindən (ƏDV) azad olunub.

Bu hal isə Çin avtomobillərinə marağı artıran əsas amillərdəndir. Çindən hibrid avtomobillərinə idxalın kəskin artması ölkədə istehsal olunan yerli minik avtomobillərinə marağı da bir qədər azaldıb”.

“Xaricdən avtomobil alarkən nələrə diqqət etməliyik?" sualına isə ekspert belə cavab verib:

“Avtomobilin hansı ölkədə istehsal olunması vacib deyil, əsas odur ki, avropa spesifikasiyası olsun və təhlükəsizlik sistemləri, keyfiyyət standartı tələblərinə cavab versin.

Servis mərkəzi və rəsmi istehsalçı zəmanətinin olması da diqqət edilməli vacib məqamlardandır. Eləcə də maşın alarkən ona diqqət etməliyik ki, həmin avtomobil şirkətinin Azərbaycanda rəsmi nümayəndəliyi olsun”.

Seçilən
1
1
turkustan.az

2Mənbələr