AZ

Rusiyaya qarşı 31.500-dən çox sanksiya tətbiq edilib: Lider bu ölkədir

2014-cü ildən bəri Rusiyaya qarşı 31.500-dən çox sanksiya tətbiq edilib.

Publika.az xəbər verir ki, bu barədə “Castellum” portalının analitiklərinin hesablamalarında qeyd edilib.

Bildirilir ki, bunlar konkret mallarla ticarətə tətbiq edilən sanksiyalar istisna olmaqla, qeyri-ticarət məhdudiyyətləridir. Bu cür məhdudiyyətlərin 92 faizdən çoxu 2022-ci ilin fevral ayının sonunda qüvvəyə minib.

Rusiyaya qarşı ən çox sanksiya tətbiq edən ölkə ABŞ olub ki, bu da 23,5 faiz və ya 7411-dir. Kanada 3980 məhdudiyyət (12,6 faiz), İsveçrə isə 3851 məhdudiyyət (12,2 faiz) tətbiq edib. Avropa Birliyi bu siyahıda dördüncü yerdədir. 19-cu paket də daxil olmaqla, Brüssel artıq Rusiya əleyhinə 3212 məhdudiyyət tətbiq edib.

Seçilən
2
1
publika.az

2Mənbələr