AZ

Serbiya müdafiə naziri: Vuçiçi devirmək istəyirlər

BAKI, 25 fevral. TELEQRAF

“Serbiya Prezidenti Aleksandar Vuçiçə qarşı sui-qəsd hazırlığını hakimiyyəti devirməyə cəhd kimi qiymətləndirmək olar”.

Teleqraf xəbər verir ki, bunu Serbiya müdafiə naziri Bratislav Qaşiç deyib.

Nazirin sözlərinə görə, legitim dövlət rəhbərlərinə qarşı fiziki təhdid Konstitusiya nizamına zərbədir.

Qaşiç qeyd edib ki, söhbət adi bir hadisədən getmir, ötən illər ərzində formalaşmış hakimiyyəti devirmək çağırışlarının edildiyi atmosferin nəticəsidir. O vurğulayıb ki, belə hərəkətlər dövlətin dayanıqlığını təhlükə altına qoyur.

Yerli KİV-in məlumatına görə, Kralevo şəhərində hüquq-mühafizə orqanları Vuçiç və ailəsinə qarşı zorakılıq aktı təşkil etməkdə şübhəli bilinən iki şəxsi həbs edib. Şübhəlilər paytaxt Belqraddan təxminən 200 kilometr cənub-qərbdə saxlanılıb.

Seçilən
9
teleqraf.com

1Mənbələr