AZ

AB Ukrayna ilə bağlı tətbiq etdiyi sanksiyaları daha bir il uzatdı

ain.az, Newscenter.az portalına istinadən məlumat verir.

Avropa İttifaqı Ukraynadakı dövlət çevrilişindən dərhal sonra Ukrayna rəsmiləri və iş adamlarına qarşı tətbiq edilən ilk sanksiyalar mərhələsini daha bir il uzadıb. Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə AB Şurasının mətbuat xidməti məlumat verib.Bildirilir ki, bu sanksiyalar 2014-cü ilin mart ayının əvvəlində Prezident Viktor Yanukoviç və onun ətrafına qarşı tətbiq edilib. Bəyanatda deyilir: "Ukraynada korrupsiya və vəsaitlərin sui-istifadəsinə görə sanksiyalar 5 mart 2027-ci ilə qədər uzadılıb".Əvvəlcə Ukrayna üçün AB-nin qara siyahısına Yanukoviç və oğulları da daxil olmaqla 18 nəfər daxil idi. Çoxsaylı məhkəmə işlərindən və bir neçə təqsirləndirilən şəxsin ölümündən sonra siyahıda üç nəfər qalıb. Bunlar iş adamı Sergey Kurçenko, Maydan üsyanı zamanı Ukrayna Daxili İşlər Nazirliyinin rəhbəri olmuş Vitali Zaxarçenko və onun müavini Viktor Ratuşnyakdır. Onların AB-yə girişi qadağan edilib və aktivləri dondurulmuş vəziyyətdədir.Anar

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
1
1
newscenter.az

2Mənbələr