"Son razılaşmalardan sonra Zəngəzur dəhlizi üzrə aparılan işlərlə bağlı canlanmanı görməkdən son dərəcə məmnunuq".
Redaktor.az-ın məlumatına görə, bunu Türkiyə Böyük Millət Məclisinin xarici əlaqələr komitəsinin sədri Fuat Oktay Bakıda jurnalistlərə açıqlamasında deyib.
“Bu, əslində həm regionda sülhə, həm də bölgənin inkişafına töhfə verəcək güclü bir layihədir. Eyni zamanda, türk dünyasını birləşdirə biləcək mühüm təşəbbüsdür. Bu layihə təkcə Naxçıvanla Azərbaycan arasında deyil, həm də Türkiyə ilə Azərbaycan və ümumilikdə türk dünyası arasında əlaqələri gücləndirəcək. Region baxımından isə bütün ölkələrin inkişafına xidmət edəcək bir layihədir. Gürcüstan da buna daxildir. Ümid edirik ki, bu layihə ən qısa zamanda həyata keçiriləcək”, - millət vəkili bildirib.
Fuat Oktay gələcəkdə bölgədə sülh tam təmin olunarsa, bu layihənin Rusiya və İran üçün də cəlbedici ola biləcəyini qeyd edib.