AZ

FHN-in regional mərkəzlərində maarifləndirmə kursları keçirildi

BAKI, 25 fevral. TELEQRAF

Fövqəladə Hallar Nazirliyinin Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin təşkilatçılığı ilə Gəncə, Cənub və Aran Regional mərkəzlərində, mərkəzlərin əhatə etdiyi ərazidə fəaliyyət göstərən din xadimlərinin iştirakı ilə “Fövqəladə hallar zamanı davranış qaydaları” mövzusunda maarifləndirmə kursları keçirilib.

Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Kursların keçirilməsində məqsəd tədbir iştirakçılarının fövqəladə hallardan mühafizə və mülki müdafiə sahəsində bilik və bacarıqlarının artırılması olub.

Kurslarda Fövqəladə Hallar Nazirliyinin Aparatının, regional mərkəzlərin və digər aidiyyəti yerli qurumlarının, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin regional bölmələrinin əməkdaşları və din xadimləri iştirak ediblər.

Kurslarda çıxış edənlər keçirilən tədbirlıərin məqsədi və qarşıdakı planlar barədə ətraflı məlumat verib, belə tədbirlərin davamlı keçirilməsinin əhəmiyyətindən danışıblar.

Tədbirlərin nəzəri hissəsində əməkdaşlar tərəfindən fövqəladə halların təsnifatı, ilkin tibbi yardımın göstərilməsi, mülki müdafiə və xilasetmə işinin təşkili, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğınların başvermə səbəbləri və bu zaman zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub. Eləcə də mövzulara dair videoçarxlar nümayiş olunub. Həmçinin, FHN-in Tibb Mərkəzinin ixtisaslaşmış psixoloqları müvafiq mövzularda çıxışlar ediblər.

Kursların praktiki hissəsində tədbir iştirakçılarına xilasetmə alət və avadanlıqları barədə məlumat verilib.

Seçilən
12
1
teleqraf.com

2Mənbələr