AZ

Onların türklər qətliam törədib deyə təbliğat aparmaları...

ain.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

Sabah Xocalı faciəsinin növbəti ildönümüdür, bu kimi qətliamları heç vaxt unutmaq olmaz.

Axar.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuad Oqtay Bakıda jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, vaxtilə türklərə qarşı qətliamlar törədənlərin sonradan dünyada "türklər qətliam törədib" deyə təbliğat aparmaları və bununla bağlı müxtəlif ölkələrin parlamentlərində qərarlar qəbul etdirmələri qəbuledilən hal deyil:

"Təəssüf ki, bəzi ölkələr, xüsusilə, Fransa bu məsələdə ön sırada yer alıb. Bu da Qərbdə bir çox ölkələrin gördüyü və bizim təəssüf hissi ilə xatırladığımız məsələlərdəndir".

F.Oktay onu da əlavə edib ki, hazırda Ermənistan daha fərqli mövqe nümayiş etdirir:

"Bu isə sevindirici haldır".

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
4
axar.az

1Mənbələr