AZ

İndoneziyada VULKAN PÜSKÜRDÜ

Ajans.az Antara xəbər agentliyinə istinadən xəbər verir ki, vulkanın kraterindən qalxan kül buludu 3 kilometr hündürlüyə çatıb və dəniz səviyyəsindən ümumi hündürlüyü 6 676 metr təşkil edib. Kül buludu yüksək sürətlə cənub-şərq istiqamətinə yayılıb. İndoneziya Vulkanologiya və Fəlakətlərin Azaldılması Mərkəzi bölgə sakinlərini və turistləri ehtiyatlı olmağa, həmçinin isti lava və püskürmə riskinə görə kraterdən ən azı 5 kilometr uzaqda durmağa çağırıb. Qeyd edək ki, Semeru dağı İndoneziyada dəniz səviyyəsindən 3 676 metr yüksəklikdə yerləşir, ölkənin dördüncü ən yüksək vulkanı və Yava adasının ən yüksək zirvəsidir.

 

Seçilən
1
Ajans.az

1Mənbələr