AZ

Putin və Lukaşenko Birlik Dövlətinin Ali Şurası iclasını keçirəcək- ÖZƏL

Fevralın 26-da Rusiya prezidenti Vladimir Putin və Belarus prezidenti Aleksandr Lukaşenko Birlik Dövlətinin Ali Dövlət Şurasının iclasını keçirəcəklər. Olaylar.az xəbər verir ki, bu barədə Rusiya Baş naziri Mixail Mişustin Dövlət Dumasında hesabat zamanı bildirib.
Ali Dövlət Şurası Birlik Dövlətinin ən yüksək qərar qəbul edən orqanıdır və ona dövlət başçıları, hökumət rəhbərləri, həmçinin parlamentlərin rəhbərləri daxildir. İclas zamanı Birlik Dövlətinin inkişafı ilə bağlı vacib məsələlər, orqanların formalaşdırılması, parlament seçkiləri, büdcə və beynəlxalq müqavilələr müzakirə olunacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
11
olaylar.az

1Mənbələr