AZ

3 uşağını evdə qoyub alış verişə getmişdi: 24 il əvvəl itkin düşən qadın sağ tapıldı

ain.az bildirir, Hurriyyet saytına əsaslanaraq.

2001-ci ilin dekabr ayında alış-verişə gedib yoxa çıxan qadını sağ tapılıb.

Hurriyyet.org xəbər verir ki, bu barədə "The Independent" qəzeti məlumat yayıb.

38 yaşlı Mişel Hundli Smit 24 ildir ki, itkin düşmüşdü. Dekabr ayında o, Milad alış-verişinə getmiş və bir daha geri qayıtmamışdır. Üç uşağı ilə tək qalan əri polisə müraciət etmişdir. FTB və çoxsaylı yerli agentliklər onu axtarsalar da, heç bir nəticə əldə edə bilməmişdilər.

2026-cı ilin əvvəlində Rokinqem dairəsinin detektivləri Smit haqqında yeni məlumatlar əldə etdilər və onu tapa bildilər. Səlahiyyətlilər 62 yaşlı amerikalı qadının sağ-salamat olduğunu bildirirlər. Polis onun dəqiq harada olduğunu açıqlamasa da, ailəsinə məlumat verilib. Onlar heç bir ittihamın irəli sürülməsinin planlaşdırılmadığını və onun itkin düşməsinin təfərrüatlarının hələ açıqlanmadığını vurğulayıblar.

Anasının axtarışına həsr olunmuş sosial media səhifəsi idarə edən itkin düşmüş qadının qızı ziddiyyətli hisslər keçirdiyini etiraf edib. "Həyəcanlıyam, qəzəbliyəm, ürəyim qırılıb. Anamla nə vaxtsa münasibətim olacaqmı? Düzünü desəm, bilmirəm", - deyə o yazıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
1
1
hurriyyet.az

2Mənbələr