AZ

Bu ölkə “Diriliş: Ərtoğrul”dan təsirlənib türk lider axtarır

Hurriyyet saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Şərqi Afrikada muxtar bölgə olan Cubalend Türkiyənin “Diriliş: Ərtoğrul” serialının təsiri ilə bölgədəki hakimiyyəti bir türkiyəli gəncə həvalə etmək istəyir.

Hurriyyet.org  xəbər verir ki, yerli mənbələrə görə, bölgədəki qəbilə başçıları son illərdə izlədikləri Türkiyə seriallarında təsvir edilən “ədalət və dövlət quruculuğu” idealarına heyran olublar.

Qəbilə sözçüsü Şeyx Abdullah bu səbəbdən hakimiyyətlərini türkiyəli bir şəxsin idarə etməsini istədiklərini bildirib: “İllərdir qəbilə müharibələrindən bezmişik. Televiziyada gördüyümüz Qayı tayfasının nizam-intizamı və ədalətinə ehtiyac duyuruq. Təhsili olan və türk adətlərini bilən bir gəncin gəlib bizi bir bayraq altında birləşdirməsini istəyirik. Ona saray deyil, ən böyük çadır tikəcəyik".

Tayfanın "Kral" olaraq seçəcəkləri şəxsdəki tələbləri isə ali təhsil, strateji bilik və at sürmək bacarığıdır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
4
1
hurriyyet.az

2Mənbələr