AZ

Yaponiya böyük silah ixracatçısına çevrilir

ain.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Yaponiyada iqtidarda olan Liberal Demokrat Partiyasının (LDP) Təhlükəsizlik Araşdırma Komissiyasının ölümcül silahların ixracını məhdudlaşdıran qaydaların yumşaldılmasına dair təklifi tamamladığı bildirilib.

"Cebheinfo.az" xəbər verir ki, "The Japan Times"ın  məlumatına görə, LDP Təhlükəsizlik Araşdırma Komissiyası müdafiə avadanlıqlarının transferini məhdudlaşdıran qaydaların yüngülləşdirilməsi üçün hökumətə çağırış edilən təklif sənədini hazırlayıb.

Təklif Yaponiyanın hərbi ixracatını xilasetmə, nəqliyyat, kəşfiyyat, müşahidə və minalardan təmizləmə olmaqla beş kateqoriya ilə məhdudlaşdıran şərtin ləğv edilməsini nəzərdə tutur. Bunun əvəzinə müdafiə texnikasının "ölümcül" və "ölümcül” olmayan olmaqla iki kateqoriyaya ayrılması planı irəli sürülür.

Ölümcül silah transferləri ilə bağlı qərarın Baş nazir və müvafiq nazirlərin təmsil olunduğu Milli Təhlükəsizlik Şurası tərəfindən verilməsini nəzərdə tutan təklifdə, bu transferlərin yalnız Yaponiya ilə müdafiə avadanlığı və texnologiya transferi sazişləri olan ölkələrlə məhdudlaşdığı qeyd olunur.

Parlamentin təsdiqini tələb etməyən təklifdə həmçinin vurğulanır ki, münaqişə yaşanan ölkələrə transferlər prinsip etibarilə qadağan ediləcək, lakin Yaponiyanın milli təhlükəsizliyinə təsir edən xüsusi hallarda bu transferlərə icazə verilə bilər.

Sözügedən addımın uzun müddətdir silah ixracı məsələsində çox sərt məhdudiyyətlərə malik olan Yaponiyanın müdafiə strategiyasında "böyük bir dəyişiklik" olduğu bildirilir.

Təklifin mart ayında hökumətə təqdim edilməsindən sonra bahar aylarında qüvvəyə minməsi gözlənilir.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
5
1
cebheinfo.az

2Mənbələr