Türkiyənin "Kayserispor" klubunun yeni baş məşqçisi müəyyənləşib.
Sportal.az xəbər verir ki, Super Liqa təmsilçisini Erlinq Moe çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Super Liqa təmsilçisi norveçli mütəxəssislə 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.
Qeyd edək ki, Erlinq Moe son olaraq "Beşiktaş"da köməkçi məşqçi vəzifəsində çalışıb. 55 yaşlı çalışdırıcı bundan əvvəl isə "Molde"nin baş məşqçisi olub.
saytlarin hazirlanmasi