İranda Suriyadakı kimi qarışıqlıq olarsa, Azərbaycan hiss edəcək
İran məsələsi Türkiyə və Azərbaycana birbaşa təsir edir.BUTA.TVAPA-ya istinadən xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuad Oqtay Bakıda jurnalistlərə açıqlamasında deyib. “Əgər İranda Suriyadakına bənzər bir qarışıqlıq baş verərsə, bunun bütün regiona və dünyaya təsiri fərqli olar. Amma bu təsir Azərbaycan və Türkiyədə daha güclü şəkildə hiss olunacaq. Elə bu səbəbdən də Türkiyə və Azərbaycan İran ilə ABŞ arasında problemin danışıqlar yolu ilə həllini arzu edir. Türkiyə bu istiqamətdə səylər göstərir. Lakin istər-istəməz ABŞ-ın bölgədəki hərbi qüvvələri bütün dünyada narahatlığı artırır. Ümid edirik ki, hər hansı bir qarşıdurmaya səbəb olmadan bu məsələ ən qısa zamanda öz həllini tapacaq”, - F.Oqtay qeyd edib.