AZ

Ekspertlər xəbərdarlıq edir: Burunu düzgün təmizləmirsinizsə…

İnsanlar burun tıxanıqlığı və axıntı zamanı adətən burunu təmizləyir. Lakin düzgün üsulla edilməyən təmizləmə sağlamlığa zərər verə bilər.

 

Pravda.az bildirir ki, burunda yaranan selik soyuqdəymə, sinüzit və ya allergiya kimi hallarda bədəndə müdafiə mexanizmi kimi fəaliyyət göstərir. Şiddətli və qaydasız burun təmizləmə sinüzit riskini artırır, bakteriya inkişafına şərait yaradır və burun təzyiqinə bağlı zədələrə səbəb ola bilər.

 

Mütəxəssislər tövsiyə edir ki, burunu yavaş-yavaş, hər dəfə bir burun dəliyini təhlükəsiz şəkildə təmizləyərək silmək lazımdır. Əgər tıxanıqlıq davamlıdırsa, həkimə müraciət etmək vacibdir.

 

Əminə Bayramova

Tarix: 25 Fevral 2026, 15:11   
Seçilən
7
pravda.az

1Mənbələr