AZ

Gürcüstanda yalançı TERROR HƏYƏCANI – 20 yaşlı gənc SAXLANILDI

Gürcüstanda yalan terror xəbərləri yayan şəxs saxlanılıb.

İnterpress.az xəbər verir ki, bu barədə Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti məlumat yayıb.

Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları terrorizm barədə yalan xəbərlər yaymaqda şübhəli bilinən bir nəfəri saxlayıblar.

Cinayət işi dövlət qurumlarının elektron poçt ünvanlarına ictimai yerlərdə və məktəblərdə guya partlayıcı maddələrin yerləşdirilməsi ilə bağlı göndərilən anonim mesajlarla əlaqədardır.

Məlumata görə, bu fəaliyyətlə ölkənin üç müxtəlif regionundan olan bir neçə şəxs məşğul olub. Onlardan biri, törətdiyi əməli etiraf edən 20 yaşlı kişi artıq saxlanılıb.

Digər şəxslərlə bağlı isə hazırda araşdırma aparılır.

İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxslər izlərini itirmək üçün VPN, IP-ünvanların gizlədilməsi texnologiyaları və səsdəyişmə proqramlarından istifadə ediblər.

Xüsusi xidmət orqanları şübhəlilərə məxsus bütün texniki avadanlıqları müsadirə edib.

Saxlanılan şəxsləri 3 ildən 6 ilə qədər həbs cəzası gözləyir.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
13
interpress.az

1Mənbələr