AZ

7 aylıq evlilik bitdi - Mehmet Əli Ərbil boşandı

Türkiyəli aparıcı və şoumen Mehmet Ali Erbil və özündən 42 yaş kiçik həyat yoldaşı Gülseren Ceylan boşanıb.
 
7News.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, onların evliliyi bu səhər çıxdıqları məhkəmədə sonlanıb.
 
Boşanmaya səbəb kimi "evlilik birliyinin kökündən sarsılması" göstərilib.
 
Tərəflər məhkəmədə i ştirak etməyiblər.
 
Xatırladaq ki, cütlük daha öncə də boşanmaq üçün məhkəməyə müraciət etmiş, daha sonra bir-birilərinə şans verdiklərini deyərək barışmışdılar.
 
7News.Az
Seçilən
0
1
7news.az

2Mənbələr