AZ

Kolumbiyada eniş edərkən ABŞ-yə məxsus təyyarəyə ATƏŞ AÇILDI

Ajans.az xəbər verir ki, bu barədə ABC məlumat yayıb. Məlumata görə, insident nəticəsində xəsarət alan olmayıb. İlkin ehtimallara əsasən, Boeing 737 MAX 8 tipli təyyarə fevralın 22-də Kolumbiya hava limanına eniş zamanı atəşə tutulub. Xüsusilə sağ qanadda olan zədələr yalnız hava gəmisi ABŞ-a qayıtdıqdan sonra aşkar edilib. Hadisədən sonra təyyarə istismardan çıxarılıb və texniki baxışla yanaşı təmir üçün göndərilib.

Hazırda baş verənlərlə bağlı araşdırma aparılır.

Seçilən
10
3
Ajans.az

4Mənbələr