Müğənni Elçin Hüseynov uzun fasilədən sonra yeni layihə ilə qayıdıb.
Tədbirin aparıcılığı Kazım Sübhana həvalə edilib.
Media nümayəndələrini bir araya yığan Elçin Hüseynov klipini nümayiş etdirib və sualları cavablandırıb. O, bir müddət öncə əməliyyat olunduğunu etiraf edib.

Müğənni anası haqqında da maraqlı açıqlama verib:
"Anam Raya xanımın 83 yaşı var. Artıq səhhətində müəyyən problemlər yaranıb. Bu günə qədər o mənim arxamdadır, dayağımdır. Hələ də məni evdən anam yola salır, anam qarşılayır. 30 il öncə sənətə başlayanda halallığımı anamdan almışam. Bu, bu günə qədər də davam edir".
"Dəlixanadan məktub" adlı mahnının sözləri Qismət Məsim, musiqisi Mir Şahin Ağalarova məxsusdur. İsmayıllıda çəkilən klipin rejissor işi Xəyal Hüseynə həvalə edilib.
Qeyd edək ki, aranjeman, mix və masterinq üzərində Teymur Şahmarov çalışıb. Gitaralar və alt yapım Türkiyədə hazırlanıb. Klarnet ifası Orxan Musayev tərəfindən səsləndirilib. Layihənin musiqi rəhbəri isə Niel Orkestrdir.